Beyrut limanında 15 ildən çox saxlanılan 143 konteyner partlayıcı tapılıb – Şok hesabat

Mühəndis və təmir blilikləri 4 avqustdan bəri Beyrut limanında partlayış təhlükəsi olan maddələrlə dolu 143 konteyner tapılıb.

Avropa.info xəbər verir ki, bu barədə Livan prezidenti Mişel Auna mühəndis qoşunlarının komandanı Ruveyj Huri hesabat verib.

“Partlama təhlükəsi olan maddələrlə dolu konteynerlər limanda 15 ildən çoxdur ki, saxlanılırdı. Ümumikdə partlayış təhlükəsi olan 143 konteyner aşkarlanıb” – Huri deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl aşkarlanan 4 ton selitra məhv edilib.

Xatırladaq ki, 4 avqustda Beyrut limanında baş verən partlayış nəticəsində 170-dən çox adam ölmüş, 6 min adam yaralanmışdı. Partlayışın səbəbi liman anbarında saxlanılan 2750 ton selitra idi.

Mənbə:
0
1049
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar