Rusiya Prezidenti Vladimir Putin İranın dövlət başçısı İbrahim Rəisi ilə telefonla danışıb.
AzerForum.Com xəbər verir ki, prezidentlər Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər.
Dövlət başçıları Əfqanıstanda sabitliyin və sülhün təmin olunmasına hazır olduqlarını qeyd ediblər.
Liderlər şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.