Azərbaycandan külli miqdarda valyuta çıxarmağa cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb

“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan Gürcüstana külli miqdarda valyuta keçirməyə cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan Gürcüstana daxil olarkən 1988-ci il təvəllüdlü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına baxış keçirilərkən gömrük bəyannaməsində elan edilməmiş külli miqdarda xarici valyuta aşkarlanıb.

Qeyd olunub ki, saxlanılan şəxs həmin vəsaiti qaçaq yolla Gürcüstan ərazisinə keçirməyə cəhd göstərib.

AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!

APA

0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar