AZ

“Yevlax Elektrik Təmir Tikinti” ASC səhmdarları - TOPLANIR

11 iyun 2024-cü il saat 10.00-da “Yevlax Elektrik Təmir Tikinti” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq  Mərkəzi Bankın “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə aid təlimatına uyğun olaraq (hüquqi ünvan – Yevlax şəhəri, Şadlinski küçəsi 3.) onlayn qaydada baş tutacaq.

Onlayn platforma - iclasın videoqeydiyyatı "ZOOM"proqramı vasitəsilə aparılacaqdır.

İclasın gündəliyinə cəmiyyətin 2023-cü il üzrə illik hesabatının yekunlarının müzakirəsi və digər məsələlər daxil edilib.

Bütün səhmdarlardan xahiş olunur ki, yığıncağın keçirilmə vaxtına 1 gün (24 saat) qalanadək iclasda “ONLİNE” iştirak üçün müvafiq kod alaraq qeydiyyatdan keçmələrini (051) 241-43-84 “WhatsApp” nömrəsi ilə təmin etsinlər.

Əvvəlcədən qeydiyyata düşənlərə proqramdan istifadə üçün təlimat göndəriləcəkdir. 

Əlaqə telefonu : (050) 310-35-52

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla