AZ

İnsult diaqnozu qoyulan 83 yaşlı xəstə Nizami Tibb Mərkəzinə hospitalizasiya olunub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:22 radələrində 83 yaşlı şəxsin (cinsi qadın) insult səbəbilə çağırış daxil olub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, dərhal çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

 

Xəstə şikayətlərinə (sağ tərəfli əzələ gücünün zəifləməsi, yeriş funksiyasının və nitqin pozulması) əsasən müayinə olunub və ona zəruri tibbi yardım göstərilib.

 

Təcili tibbi yardım briqadası tərəfindən xəstəyə insult diaqnozu qoyulub və Nizami Tibb Mərkəzinə hospitalizasiya olunub.

Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla