Azərbaycanda problemli kreditlərdə ən yüksək paya malik olan rayon açıqlanıb

Bu ilin avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 937,5 mln. manat təşkil edib. Bu göstərici iyulda əvvəlki aya nisbətən 2,5% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,8% azalıb.

Sozcu.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, problemli kreditlər ümumi portfelin 6,1%-ni təşkil edib ki, bu da illik müqayisədə 1,2 faiz bəndi azdır. Təkcə Bakı şəhərində vaxtı keçmiş kreditlərin həcmi 754,1 mln. manat və ya paytaxt üzrə ümumi kredit qoyuluşlarının 6,4%-ni təşkil edib.

Ölkədə problemli kreditlərin ən yüksək payına malik olan rayon Gədəbəy olub. Sözügedən rayonda problemli kreditlərin həcmi 1,8 mln. manat və ya rayon üzrə kredit portfelinin 14,4%-ini təşkil edib. Problemli kreditlər portfelində ən az pay sahibi olduğu rayonlar isə Sədərək (1%) və Şərur (0,8%) olub.

Mənbə:
0
243
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar