AZ

ABŞ-a məxsus tanklar Polşadakı hərbi bazaya yerləşdirilib

ABŞ ordusuna məxsus 80-dən çox “M1A2 Abrams” tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə interia.pl portalı məlumat yayıb.

Məlumata görə, tanklar ABŞ-nin Almaniyadakı bazalarından köçürülüb. Bundan başqa, 150-yə yaxın “Bradley” zirehli avtomobil və 20 ədəd M109 özüyeriyən artilleriya qurğusu da həmin bazaya göndərilib.

Bizim.Media

Seçilən
85
16
bizim.media

10Mənbələr