AZ

ABŞ-yə məxsus 80-dən çox “Abrams” tankı Polşadakı hərbi bazaya yerləşdirilib

ABŞ ordusuna məxsus 80-dən çox \"M1A2 Abrams” tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına keçirilib.

AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu barədə interia.pl portalı məlumat yayıb.

Bildirilib ki, tanklar ABŞ-nin Almaniyadakı bazalarından köçürülüb. Bundan başqa, 150-yə yaxın \"Bradley” zirehli avtomobil və 20 ədəd M109 özüyeriyən artilleriya qurğusu da həmin bazaya göndərilib.

ABŞ-yə məxsus hərbi texnika 2023-cü ilin aprelində hərbi bazaya daxil olmağa başlayıb.
Seçilən
89
16
azxeber.com

10Mənbələr