ABŞ ordusuna məxsus 80-dən çox “M1A2 Abrams” tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına keçirilib.BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, tanklar ABŞ-ın Almaniyadakı bazalarından köçürülüb. Bundan başqa, 150-yə yaxın “Bradley” zirehli avtomobil və 20 ədəd M109 özüyeriyən artilleriya qurğusu da həmin bazaya göndərilib.