“Haber7” portalının oxucuları ABŞ-ın Türkiyənin Rusiya ilə ticarətini məhdudlaşdırmaq tələbindən hiddətlənib.
Publika.az xəbər verir ki, oxuculardan biri ABŞ-ın tələblərini şərh edərkən problemin belə həllini təklif edib: “Türkiyə mümkün qədər tez NATO-dan çıxmalı, Rusiya, Çin və Hindistanla pakt yaratmalıdır”.
“Bu it Türkiyə dövlətini öz dövləti hesab edir?” - başqa bir oxucu ABŞ Ticarət Nazirinin bəyanatlarına belə təpki verib. Onun şərhi izləyicilər tərəfindən dərhal dəstək tapıb.
“Bizim dövlətimiz Amerikanın müstəmləkəsi deyil”, - deyə digər istifadəçi yazıb.
Başqa bir oxucunun mövqeyi isə daha sərt olub: “Putin ABŞ və onun kukla prezidentlərindən min dəfə çox etimada layiqdir. Əməkdaşlığımız bundan sonra da genişlənəcək".