AZ

ABŞ-nin Türkiyəyə xəbərdarlığı: Münasibətlər belə olub, bu cür də davam edəcək

Vaşinqton Türkiyəyə xəbərdarlıq edib ki, əgər ölkə Rusiyaya Ukraynada apardığı müharibə üçün həyati əhəmiyyət kəsb edən ABŞ-a aid hərbi texnikanın ixracını məhdudlaşdırmasa, bunun Türkiyə üçün nəticələri olacaq.

Busaat.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqtonun xəbərdarlığı Türkiyənin Rusiya ilə ticarət əlaqələrini saxlamaq qərarının iki NATO müttəfiqi arasında münasibətləri necə korladığının son əlamətidir.

ABŞ-Türkiyə münasibətləri bundam sonra necə olacaq?

Bu barədə Busaat.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Amerika-Türkiyə münasibətləri zaman-zaman gərginləşib, normallaşan münasibətlərdir.

Onun sözlərinə görə, son illər ABŞ tərəfindən Türkiyəyə daha çox təzyiq edilir ki, bu təzyiq alətlərindən biri də Yunanıstandır.

ABŞ-nin digər istiqamətlərdə də müxtəlif bəhanələrlə rəsmi Ankaranı zəiflətməyə çalışdığını deyən politoloq qeyd edib ki, Suriyada savaş başlanandan sonra Türkiyə dəfələrlə Amerikadan hava hücumundan müdafiə sistemlərinin satılmasını istəsə də Birləşmiş Ştatlar bu silahı qardaş ölkəyə verməkdən imtina edib:

“Qəribə olan odur ki, ABŞ məhz Suriyada yerləşəndən sonra orada dəstəklədiyi PKK/PYD kimi qüvvələrə 10 min TIR-larla dolu silah-sursat, hərbi texnika və ən müasir silahları PKK-ya pulsuz verərkən bunları Türkiyəyə satmaqdan imtina edib”.

O.Qasımov diqqətə çatdırıb ki, Türkiyə vaxtilə s400 hava hücumundan müdafiə sistemlərini Rusiyadan alanda ABŞ Türkiyəni F35 təyyarələrinin layihəsindən çıxardı və Türkiyənin 1,3 milyard dollarlıq vəsaitlərini hələ də qaytarmadan imtina edir.

Müsabimiz ABŞ-nin hazırkı durumda yenə də Rusiya ilə münasibətləri bəhanə edərək Türkiyəyə təzyiq etməyə çalışdığını söyləyib:

“Amma nəzərə almaq lazımdır ki, məhz Amerikanın dəstəklədiyi bir xeyli ölkələr Rusiya ilə bu gün də ticarətlərini davam etdirirlər. Hətta Amerikanın özü belə Rusiyanın neftini almaqda davam etməkdədir. Qərblə Rusiya arasında bu gün sanksiyalara baxmayaraq, ticarət dövriyyəsi gündəlik bir milyard dolları aşmaqdadır. O baxımdan Türkiyənin Rusiya ilə münasibətlərini bəhanə edərək ona sanksiyaları tətbiq etmək əlbəttə ədalətsiz bir mövqe və qərəzdir”.

Oqtay Qasımov: Son illər ABŞ-nin Türkiyəyə təzyiqləri artıb

Həmsöhbətimiz bildirib ki, Türkiyənin müstəqil siyasət yeritməsindən və regional gücə çevrilməsindən məmnun olmadıqları üçün onu təzyiq altında saxlamağa çalışırlar.

“Bir daha qeyd edirəm ki, ABŞ-Türkiyə münasibətləri əslində müttəfiq olsalar da zaman-zaman gərginləşən münasibətlər olub və bu cür də davam edəcək. Amma bütün hallarda Türkiyə NATO ölkəsi olaraq qalacaq və bu münasibətlər də davam edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
47
busaat.az

10Mənbələr