AZ

ABŞ Türkiyəyə xəbərdarlıq etdi

ABŞ Ticarət Departamentinin köməkçisi Metyu Akselrod bu yaxınlarda Ankara və İstanbulda Türkiyə rəsmiləri ilə görüşüb.

Editor.az “Financial Times”ə (FT) istinadən xəbər verir ki, o, bu görüşlərdə xəbərdarlıq edib ki, Türkiyə ABŞ texnologiyalarının Rusiyaya ixracını azaltmasa, “nəticələr”lə üzləşəcək. ABŞ hesab edir ki, Qərb elektronikası Türkiyə vasitəsilə Rusiyaya çatır.

Adının çəkilməsini istəməyən məmurun sözlərinə görə, ABŞ-ın mövqeyinin sərtləşməsi artıq Amerika mallarının idxalı ilə bağlı Rusiya xərclərinin artmasına səbəb olub. Bundan əlavə, ABŞ Ticarət Nazirliyi ABŞ şirkətlərindən Türkiyədən 18 şirkətə “həssas komponentlər” satmaq üçün icazə almağı tələb edir və bu siyahı genişləndirilə bilər. Akselrod bildirib ki, Türkiyə Amerika çipləri və digər hissələrin ticarətini məhdudlaşdırmaq üçün daha çox çalışmalıdır.

Onun fikrincə, Moskva Amerika avadanlıqlarına çıxış əldə etmək üçün “Türkiyənin ticarət siyasətindən istifadə etməyə çalışır”. “Amerika texnologiyasının Rusiyaya qeyri-qanuni axınının qarşısını almaq üçün Türkiyəyə kömək etmək lazımdır. Biz Türkiyə hakimiyyət orqanlarından və sənayesindən sürətlə irəliləyiş görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanlara sanksiya tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”, – Metyu Akselrod qəzetə deyib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
47
editor.az

10Mənbələr