Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 4-cü turunun oyunları keçirilib.
Azərbaycanlı futbolçunun komandası bu turda “Hebar”la qarşılaşıb. Doğma meydanda baş tutan bu oyun “Arda”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 38 rəsmi oyuna çıxıb, 1 qol vurub.
“Arda” 4 turdan sonra 6 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.