1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində terrorçuların olduğunu göstərən kəşfiyyat məlumatlarını aldıqdan sonra əməliyyata başlayıblar.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail ordusu məlumat verib.
"Qoşunlar həm yerüstü, həm də yeraltı döyüş əməliyyatları aparır, sursat və terror obyektləri aşkar edilərək məhv edilir", - deyə məlumatda bildirilib.
Bundan əlavə, qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Xan-Yunisdə HƏMAS-ın 30 hədəfinə zərbələr endirib, hücuma məruz qalan hədəflər arasında silah anbarları və terrorçuların toplaşdığı yerlər də olub.