AZ

Tramp çox pul qazandığını deyir: "ABŞ prezidenti FED-də və onun qərarlarında söz sahibi olmalıdır"

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini tənqid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Floridadakı Mar-a-Laqo kompleksində keçirdiyi mətbuat konfransında FED-in müstəqil siyasət yürütməsini qəbul etmədiyini deyib: "ABŞ-da dövlət başçsı FED və onun  qərarlarında söz sahibi olmalıdır. Məsələn, götürək məni. Mənim durumuma baxın. Çox pul qazanmışam, çox baxarıqlıyam. Düşünürəm ki, bir çox hallarda FED-dəkilərdən və onun sədrindən daha yaxşı instinktim var".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
115
3
mia.az

10Mənbələr