AZ

Tramp: ABŞ-ın vitse-prezidenti Harris prezidentlik yarışında Baydendən daha pis namizəddir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “daha ​​radikal solçu” kimi xarakterizə etdiyi ABŞ vitse-prezidenti Kamala Harrisin prezidentlik yarışında ABŞ prezidenti Co Baydendən “daha ​​pis namizəd” olduğunu bildirib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Tramp "Fox News" televiziyasına verdiyi müsahibədə prezident Baydenin yarışdan çəkilməsindən sonra Demokratların rəsmi namizədi olacağı gözlənilən vitse-prezident Harrislə bağlı qiymətləndirmələr edib. Harrisin Baydendən "daha pis namizəd" olduğunu deyən Tramp: "Məncə o (Harris) daha radikal solçudur", - deyə bildirib. Trump, Harrisin "çox danışdığını, lakin onun fikirlərinin boş olduğunu" iddia edib. Sosial mediada gülüşü ilə gündəmə gələn Harrisin təbəssümünü tənqid edən Tramp: “Bu gülüş dəli adamın gülüşüdür. Amma onun son zamanlar daha belə gülümsəmədiyini gördüm. Kimsə onu gülməyinin uğursuz olduğuna inandırıb", - deyə qeyd edib. Prezident Bayden iyulun 21-də "X" hesabında verdiyi açıqlamada prezidentlik yarışından çəkildiyini və onun yerinə vitse-prezident Harrisi tövsiyə etdiyini açıqlayıb. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Qadir, Bizimyol.info

Seçilən
95
50
bizimyol.info

10Mənbələr