ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin debatı sentyabrın 10-da ABC telekanalında baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə telekanal sosial şəbəkədə bildirib.
“ABC News” sentyabrın 10-da ABC telekanalında prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcək. Vitse-prezident Harris və keçmiş prezident Tramp ABC debatlarında iştirak edəcəklərini təsdiqləyiblər”, – telekanalın paylaşımında diqqətə çatdırılıb.
CNN qeyd edir ki, Tramp Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransında çıxış edərək vitse-prezidentlə debatı “səbirsizliklə gözlədiyini” və qarşıdan gələn debat tarixləri ilə bağlı razılığa gəldiyini söyləyib: sentyabrın 4-də “Fox News”da, sentyabrın 10-da ABC-də və sentyabrın 25-də NBC-də.