AZ

Harris görüşdü, üç gün sonra hücum başladı - Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, onun rəqibi Kamila Harris 2022-ci ilin əvvəlində Vladimir Putinlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Bayden Ukraynadakı müharibəni dayandırmaq üçün Harrisi Avropaya göndərdiyi vaxtı xatırlayın. O, Putinlə görüşüb, üç gün sonra isə Putin hücuma keçib. O nə etdi? Sizcə o, öz işini yaxşı görüb? O, Putinlə “bunu etmə” demək üçün görüşmüşdü. Üç gün sonra Putin hücum etdi", - o bildirib.


Nəşr qeyd edir ki, Trampın sözləri reallığa uyğun gəlmir. Onların məlumatına görə, Harris heç vaxt Putinlə görüşməyib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
teleqraf.com

10Mənbələr