AZ

Harris avqustun 29-da namizəd kimi ilk müsahibəsini verəcək

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, hazırkı vitse-prezident Kamala Harris avqustun 29-da CNN telekanalında namizəd kimi ilk müsahibəsini verəcək.

Doğru.az xəbər verir ki, bu barədə telekanalın özü məlumat yayıb.

Maraqlıdır ki, Harris təkbaşına deyil, seçki kampaniyasında partnyoru, Minnesota qubernatoru Tim Valz ilə müsahibə verəcək.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Harrislə debatın sentyabrın 10-da keçiriləcəyini bildirmişdi.

Oktyabrın 1-də keçiriləcək debatda Valzın da iştirak edəcəyi bildirilirdi.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
40
dogru.az

10Mənbələr