AZ

Hazırda anlaşmaya mane olan “radikal elementlər” yoxdur -Netanyahu

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs rejiminin bərqərar olması, həmçinin girovların azad edilməsinə dair sazişin imzalanmasının mümkünlüyü nəinki sıfıra enməyib, əksinə, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Beyrutda “Hizbullah”ın hərbi qanadının komandirlərindən olan Fuad Şükürün öldürülməsindən sonra artıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Time” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda anlaşmaya mane olan “radikal elementlər” yoxdur.

Bununla belə, B. Netanyahu İsrailin HƏMAS Siyasi bürosu rəhbərinin ölümündə iştirakı ilə bağlı hər hansı şərh verməkdən yayınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
ikisahil.az

10Mənbələr