AZ

"Fənərbaxça"nın baş məşqçisi məğlubiyyəti bu oyunçu ilə əlaqələndirdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Lill"ə səfərdə 2:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, sarı-göylülərin baş məşqçisi Joze Mourinyo matçdan sonra məğlubiyyəti dəyərləndirib.   "Meydanda 2 qol buraxdıq, amma yaxşı oynadıq. Çox vəziyyətlər yaratdıq. Yaratdığımız bəzi mövqelərdə qapıçı heç qapıda belə yox idi. Çox şeyi yaxşı etdik. Bunu deməyi xoşlamıram, amma Fred üçün darıxıram. O, bizim üçün vacib oyunçudur. O yanımızda olsaydı bəlkə də hər şey fərqli olardı", - deyə baş məşqçi təəssüratarını bölüşüb.  "Hazırda hissədə 2-1 məğlub oluruq, turun yarısındayıq. İkinci yarını öz stadionumuzda oynayacağıq. Ona görə də " Kadıköyə gedək " deməyimizi istəyirəm", - deyə o, fikrini sonlandırıb.    Fidan Əliyeva Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
manset.az

10Mənbələr