AZ

Paris-2024: Həsrət Cəfərov yarımfinalda yarımfinalda uduzdu – YENİLƏNİB – VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

TEMPİNFO xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla qarşılaşıb.

Azərbaycanlı idmançıların duelindən sonuncu xal (3:3) prinsipinə əsasən qalib ayrılan Ukrayna təmsilçisi adını finala yazdırıb.

O, sabah qızıl medal uğrunda görüşdə Slavik Qalstyan (Ermənistan) – Səid Leyvesi (İran) cütünün qalibi ilə üz-üzə gələcək. H.Cəfərov isə bürünc medal görüşünə çıxacaq.

Bu gün, həmçinin Sənan Süleymanov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

***

Paris Yay Olimpiya oyunlarınının yunan-Roma güləşi üzrə yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi bəlli olub.

TEMPİNFO xəbər verir ki, idmançımız Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə üz-üzə gələcək.

H. Cəfərov Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq.

TEMPİNFO

Seçilən
82
15
tempinfo.az

10Mənbələr