AZ

Paris-2024: Həsrət Cəfərov finala yüksələ bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla qarşılaşıb.

Görüş Həsrət Cəfərovun məğlubiyyəti ilə başa çatıb. Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb.

Güləşçimiz sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

 


Telegram kanalımız
Seçilən
95
33
yenisabah.az

10Mənbələr