Cənubi Afrikalı üzgüçü Tatyana Smit idman karyerasını başa vurduğunu elan edib.
Publika.az xəbər verir ki, 27 yaşlı Smit 2024-cü il Paris Olimpiadasında 100 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə qızıl, 200 metr məsafədə gümüş medal qazanıb.
Bundan əlavə, Tatyana 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında qızıl və gümüş, 2023-cü il Dünya Çempionatında isə qələbə qazanıb.