AZ

TÜRK İDMANÇI DÜNYANIN GÜNDƏMİNDƏ - Əli cibində gümüş medal qazandı + VİDEO

Fransanın paytaxtı Paris şəhərində keiçirilən 2024 Yay Olimpiya Oyunlarında çox maraqlı bir hadisə yaşanıb.

“AzPolitika” xəbər verir ki, qarışıq komanda kateqoriyası üzrə 10 metrdən pnevmatik tapança ilə atış yarışında Türkiyəni təmsil edən Yusuf Dikeçin atıcılıq tərzi dünyanın əsas gündəm mövzularından birinə çevrilib.

Belə ki, yarışın final mərhələsində Serbiyadan Damir Mikec və Zorana Arunoviç cütü ilə Yusuf Dikeç və Şevval İlayda qarşılaşmasında Y. Dikeçin sakit və özünə inamlı hərəkətləri diqqət çəkib. Yarışa qulaqcıq və eynək taxmadan qoşulan Y. Dikeç bütün atışları bir əli cibində edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Yusuf Dikeç və Şevval İlayda Tarhan 16-14 hesabı ilə məğlub olaraq gümüş medal qazanıblar.

Qeyd edək ki, Yusuf Dikeçdən fərqli olaraq rəqibinin bulanıqlığın qarşısını almaq üçün əlavə linza, eynək və ətrafdakı səs-küyə qarşı susdurucu qulaqlıq taxması xarici mətbuatın gündəminə və yumor mövzusuna çevrilib.

Sosial şəbəkələrdə bir çox istifadəçi Yusuf Dikeç və rəqibi Damir Mikeçin yan-yana fotolarını paylaşıblar.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
6
azpolitika.info

10Mənbələr