AZ

Olimpiya Oyunlarında gümüş medal qazanan türk atıcı MEMƏ ÇEVRİLDİ – VİDEO

Olimpiya Oyunlarında gümüş medal qazanan türk atıcı meme çevrilib.

interpress.az xəbər verir ki, türkiyəli atıcı Yusuf Dikeç 2024-cü il Olimpiadasında gümüş medal qazanıb və internetdə viral olub.

Dikeç 10 metr məsafəyə pnevmatik tapança ilə qarışıq komanda yarışının finalında rahat vəziyyətdə, əli cibində atəş açıb.

Daha yaxşı dəqiqlik üçün bir gözünü örtən, səs-küyü ləğv edən qulaqlıq və parlamaya qarşı eynək taxan olimpiyaçılardan fərqli olaraq, Dikec sadəcə idman şalvarında, heç bir peşəkar avadanlığı olmadan, rahat vəziyyətdə, əli cibində atəş açıb.

51 yaşlı türk Yusuf Dikeçi Tony Soprano ilə müqayisə ediblər.

“Bu idmançının baş rolda olduğu “Kurtlar vadisi”nin yeni mövsümünə ehtiyacımız var”, – deyə fikir səsləndirilib.

@mavsyonee

Yusuf Dikec is a LEGEND #2024olympics

♬ original sound – Maverick – Maverick

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
6
interpress.az

10Mənbələr