AZ

Ucarda yol qəzası olub, xəsarət alanlar var

Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını iə "VAZ 2107" markalı maşın toqquşub. Nəticədə "VAZ 2107" yoldan çıxaraq su kanalına düşüb.

Qəza zamanı “VAZ”ın sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıblar.

Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ucarda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
7
apa.az

10Mənbələr