AZ

Ucarda "Gelandewagen" "VAZ"a çırpıldı:"07" kanala düşüb - FOTOLAR

Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Gelandewagen" markalı avtomaşın Ucar istiqamətində hərəkətdə olarkən "VAZ-2107" markalı avtomaşına çırpılıb. Nəticədə "VAZ-2107" yoldan çıxaraq su kanalına düşüb.

Qəza zamanı "VAZ"ın sürücüsü və "Mercedes"də olan sərnişin ağır bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 









Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
7
avtosfer.az

10Mənbələr