Ucarda yol qəzası olubb, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. "Mercedes" markalı minik maşını iə "VAZ 2107" markalı maşın toqquşub. Nəticədə "VAZ 2107" yoldan çıxaraq su kanalına düşüb.

Qəza zamanı “VAZ”ın sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıblar.

Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info