AZ

Levandovski: “Yeni mövsümdə daha çox qol vuracağıma əminəm”

“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski yeni – 2024/2025 mövsümündəki mümkün çıxışı haqda söhbət açıb.

Arena.az AS dərgisinə istinadən, polyak futbolçunun bu barədə fikrini təqdiim edir:

“Mən, ötən mövsümlə müqayisədə daha çox qol vuracağıma əminəm. Bu, mənim və komandam üçün uğurlu mövsüm olmalıdır”, deyə “Lyova” vurğulayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb. “Lyova” bu oyunlarda 26 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 95 oyun, 59 qol, 17 məhsuldar ötürmə.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 151 oyun keçirib, 82 qol vurub, 33 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
arena.az

3Mənbələr