AZ

Qazılan yolda avtomobil aşdı - FOTOLAR

Gəncədə yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. "Chevrolet" markalı avtomobil hərəkətdə olan zaman qazılan yolda torpaq yığınına çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Sürücünün sözlərinə görə, qəzaya səbəb yolun hərəkət hissəsinin qazılması olub.

Qeyd edək ki, bir həftə ərzində artıq ikinci belə hadisə baş verir. 

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
17
unikal.az

10Mənbələr