AZ

Şimali Koreya lideri raketin sınaq atışını şəxsən izlədi

Hərbi təlimləri heç vaxt qaçırmayan Şimali Koreya lideri Kim Çen In 240 millimetrlik çoxlüləli raketin sınaq atışını şəxsən izləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, çoxlüləli raket qurğusunun manevr və cəmlənmiş atəş qabiliyyəti texniki cəhətdən yenilənib. Yeni istiqamətləndirmə sistemi ilə təchiz edilmiş 240 millimetrlik çoxlüləli reaktiv yaylım atəşi sistemi sınaqdan keçirilib. 

Sınaq atışmasında Şimali Koreya lideri Kim Çen In da şəxsən iştirak edib. Atışmaları izləyən Kimi yüksək rütbəli əsgərlər müşayiət edib.

Şimali Koreya fevralın 12-də çoxlüləli reaktiv yaylım atəşi qurğusu üçün yeni “idarə oluna bilən” sursat və ballistik idarəetmə sistemi hazırladığını elan edib. Qeyd edilib ki, yeni yaradılmış sistemlər Şimali Koreya ordusunun çoxlüləli reaktiv yaylım atəşi tutumunda keyfiyyət dəyişikliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
16
unikal.az

10Mənbələr