AZ

Güclü külək Qubada fəsadlar törədib - FOTO

Güclü külək Quba rayonunda fəsadlar törədib. 

"Unikal"ın Şimal bürosunun məlumayına görə, şəhərin 20 yanvar  küçəsində külək iri gövdəli ağacı aşırıb. Nəticədə ağac "Chevrolet" markalı minik avtomobilinin üzərinə düşüb, avtomobilə ciddi ziyan dəyib. 

Həmçinin aşan ağac elektrik xəttlərini də qırdığından Quba şəhərinin bir hissəsi elektriksiz qalıb. 

Hazırda şimal bölgəsində güclü külək davam edir, Xaçmaz, Şabran, Qusar rayonlarının bir qismində elektrik enerjisinin verlişində fasilələr yaranıb. 

Xanlar Qaraca

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
unikal.az

10Mənbələr