AZ

Polislər, Samsung-un yeni qatlana bilən telefonu Galaxy Z Flip6-dan bədən kamerası kimi istifadə etməyə başlayıblar!

     Samsung tərəfindən paylaşılan press-relizdə ABŞ-ın Missouri əyalətindəki 2 polis idarəsinin Z Flip6-dan bədən kamerası kimi istifadə etdiyi bildirilir. Məlum olduğu kimi, ABŞ-ın bir çox ştatlarında polis və mülki şəxslərin təhlükəsizliyini təmin etmək və hadisələrdə baş verənləri görmək üçün kameralardan istifadə olunur. İndi isə bu kameraların Z Flip6 ilə əvəz olunduğunu görürük. Açıqlamalara görə, şəffaflıq məsələsini ön plana çıxarmaq üçün istifadəyə verilən bu pilot proqram, ilk dəfə belə bir məqsədlə qatlana bilən telefondan istifadə edildiyi kimi qeydə alınıb. Görüntülərdən də göründüyü kimi, polis, qatlanmış Z Flip6-nı sinəsinə yerləşdirib. Cihazın kompakt dizaynı onu rahatlıqla sinəyə yerləşdirməyə imkan verib.     Polisin istifadə etdiyi Z Flip6 ilə istehlakçılara təklif olunan Z Flip6 arasında fərqlərin olduğunu söyləmək lazımdır. Şirkət, telefonu hüquq-mühafizə orqanlarına uyğunlaşdırmaq üçün bədən kamerası həlləri ilə tanınan Visual Labs şirkəti ilə birlikdə çalışıb. Məsələn, bu kontekstdə səs düyməsi fövqəladə hallarda video çəkilişinə başlamaq üçün fərdiləşdirilib. Bundan əlavə, telefon, təqib zamanı və ya sayrışan işıqlar işə salındıqda avtomatik olaraq qeydə aparmağa başlayır. Qeydə alınmış videolar, Visual Labs proqram təminatı ilə sürətli bir şəkildə buludlara yüklənir. Bununla yanaşı, telefonun cinayət yerlərinin fotoşəkillərinin çəkilməsi, polis əməkdaşlarının ifadə alarkən audio və video çəkilişi, GPS vasitəsilə məmurun yerini izləmək kimi funksiyalar üçün də faydalı olacağı bildirilib. Əlavə olaraq onu da qeyd ki, Samsung Galaxy Z Flip6, 50 MP əsas və 12 MP ultra geniş olmaqla ikili arxa kamera qurğusu ilə təchiz olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
technote.az

10Mənbələr