AZ

Qaraçılarla bağlı toplantı keçirildi: Onların aqibəti necə olacaq?

Volqoqrad vilayətinin İlovlya kəndinin sakinləri qaraçı icmasının çoxuşaqlı ailəyə hədə-qorxu gəlməsi ilə bağlı kütləvi toplantı keçirib.

Publika.az xəbər verir ki, bu barədə "V1.ru" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, bir qrup qaraçı sərxoş halda qonşusunun evinə soxulub, kişini döyüb, onu, həyat yoldaşını və azyaşlı uşaqlarını hədələyib. Hücum iştirakçılarından biri həbs olunsa da, yaxınları qurbanı təqib etməyə davam ediblər.

Kişi bildirib ki, evə videokameralar quraşdırdıqdan sonra ailəsi bir az sakitləşib. O, xalq olaraq qaraçılardan şikayətinin olmadığını vurğulayıb. Hər millətdə pis insanlar var. O, problemə diqqət çəkmək və vəziyyəti qanuni yolla həll etmək üçün kömək almaq istəyib.

Nəşr qeyd edir ki, İlovlya sakinləri vəziyyəti yerli administrasiyanın nümayəndələri ilə müzakirə etmək üçün kinoteatra toplaşıblar, lakin onlar suallarına aydın cavab ala bilməyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
publika.az

10Mənbələr