AZ

Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.O bildirib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: "Proqramların hazırlanması istiqamətində işlər görülür".C.Kərəmov vurğulayıb ki, Şuşa Peşə Təhsil Mərkəzi 400 tələbə tutumuna malik olacaq: "Eyni zamanda 12 emalatxanası olacaq mərkəzin 86 yerlik yataqxanası nəzərdə tutulub. Hesab edirik ki, 2026-cı ildən həmin mərkəzə tələbə qəbuluna başlanılacaq".O həmçinin hazırda Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə mərkəzləri ilə bağlı layihələndirmə işlərinin getdiyini söyləyib.

Seçilən
58
50
tehsilforumu.az

10Mənbələr