AZ

“Bu məsələ həm də Rusiyanın regionda yeni siyasi və iqtisadi planlarından da xəbər verir”- ŞƏRH

“Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrandan Azərbaycana gəlməkdə məqsədi Rusiyanın Cənubi Qafqaz siyasətində strateji mövqelərini daha da dəqiqləşdirmək, xüsusilə “3+3″ formatı istiqamətində Türkiyədə gözlənilən XİN rəhbərlərinin görüşünə yeni təkliflər verməkdir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıda Prezident İlham Əliyevlə görüşdə “3+3” formatında əməkdaşlığın perspektivlərinin müzakirəsi barədə suallarımızı cavablandırarkən deyib.

Politoloq bildirib ki, Rusiya “3+3” formatında maraqlıdır:

“Çünki Rusiyanın Cənubi Qafqazda həm iqtisadi, həm siyasi mövqeyini qoruması, İranla Rusiya arasında dəmiryol xəttinin bərpa edilməsi məsələləri gündəmdədir. Beynəlxalq sanksiyalar fonunda Rusiya “3+3″ formatına ciddi maraq göstərir. Hesab edirəm ki, bu format Rusiyanın regionda yeni siyasi və iqtisadi planlarından da xəbər verir. Azərbaycan tərəfi bu formatı heç də digər ölkələrin öz geosiyasi mövqeyinin daha da inkişafı kimi görmək istəmir. Rusiya iqtisadi əlaqələri də nəzərdən keçirir. Çünki hazırda sanksiyalar Rusiya iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir. Rusiya, Gürcüstan, Ermənistan, İran, Azərbaycan, Türkiyə ilə iqtisadi əlaqələri möhkəmləndirməklə bir növ Qərbin sanksiyaları fonunda özünü izolyasiyadan çıxartmağı planlaşdırır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
111
50
editor.az

10Mənbələr