AZ

Tələbələrə ŞAD XƏBƏR: yeni kartlar istifadəyə verildi

Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb.

Fonddan Publika.az-a bildirilib ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “Kapital Bank”ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktoru Nurlan Hacıyev imzalayıblar.

Elnur Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki tərəfdaş quruma təşəkkürünü bildirib. O, layihənin tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib. Daima tələbələrin ehtiyaclarına diqqət yetirdiklərini vurğulayan Fond sədri onlara ən yüksək səviyyədə dəstək verməyə hazır olduqlarını bir daha vurğulayıb.

Fərid Hidayətzadə “Kapital Bank”ın ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq hər zaman təhsilin və elmin inkişafına dəstək göstərdiyini bildirib. Fərid Hidayətzadə bugünkü təşəbbüsün “Kapital Bank” üçün olduqca önəmli olduğunu, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə tələbələrin bu imkanlardan faydalanmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. İndiki təhsilli gənclərinin gələcəyin peşəkar mütəxəssisləri olduğunu vurğulayan F.Hidayətzadə bu gün investisiya edilən hər bir gənci gələcəkdə bankın əməkdaşı kimi dəyərləndirdiyini dilə gətirib.

Seçilən
43
50
publika.az

10Mənbələr