Venesuelanın hüquq-mühafizə orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlar edən 749 nümayişçini saxlayıb.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
“Bu günə kimi 749 nəfər saxlanılıb, onların işi Baş Prokurorluğa veriləcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, terrorizm və nifrətin qızışdırılması da var.