AZ

Türkiyə və Ermənistan razılığa gəldi: Viza prosedurları... - Foto

İrəvan və Ankara arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələr - Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş baş tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Görüş Ermənistan-Türkiyə sərhədində keçirilib.

Xatırladaq ki, bu formatda sonuncu görüş 2022-ci il iyulun 1-də Vyanada baş tutub.

***

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü artıq sərhədin Türkiyə tərəfində keçirilir.

Görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.

***

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.

axar.az

Seçilən
54
18
hurriyyet.az

10Mənbələr