AZ

Ankara və İrəvan razılaşdırılmış məsələləri təsdiq ediblər

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü ilə bağlı eyni mətnli bəyanat yayıb və qeyd edib ki, xüsusi nümayəndələr əvvəlki görüşlərdə razılaşdırılmış məsələləri təsdiqləyiblər.

“Xüsusi Nümayəndələr həmçinin Akyaka/Ahurik sərhəd dəmir yolu hissəsinin regional inkişafa uyğun olaraq istismara verilməsi halında tələb olunacaq texniki ehtiyacların qiymətləndirilməsi və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsi barədə razılığa gəliblər.

Xüsusi Nümayəndələr yekun məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”, – deyə məlumatda bildirilir.

***

15:05

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.

***

14:26

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü artıq sərhədin Türkiyə tərəfində keçirilir.

Bu barədə “Sputnik Armenia” xəbər verir.

Yeri gəlmişkən, görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.

***

12:30

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü Ermənistan-Türkiyə sərhədində keçirilir – Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan.

Görüş yerli vaxtla saat 11:00-da başlayıb və iki mərhələdə baş tutacaq: sərhədin Ermənistan tərəfində, sonra Türkiyə tərəfində.

Xatırladaq ki, xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.

***

12:12

Ermənistan nümayəndə heyəti bu gün Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılan Ermənistan-Türkiyə sərhədində bu yaxınlarda təmir edilmiş Marqara keçid məntəqəsinə gəlib.

Türkiyə mətbuatının məlumatına görə, danışıqların birinci hissəsi sərhədin Ermənistan tərəfində, ikinci hissəsi isə Türkiyə tərəfində baş tutacaq.

Seçilən
34
18
veteninfo.az

10Mənbələr