AZ

Yunanıstanda ötən sutka ərzində 54 meşə yanğını qeydə alınıb

Yunanıstanda

Bakı, 30 iyul, AZƏRTAC

Yunanıstanda ötən sutka ərzində 54 meşə yanğını qeydə alınıb, yanğınsöndürmə qrupları onlardan 43-nü tam söndürüb.

AZƏRTAC Yunanıstanın AMNA agentliyinə istinadən xəbər verir ki, 11 aktiv yanğına nəzarət etmək üçün səylər davam edir.

Bazar ertəsi günortadan sonra Evia əyaləti yaxınlığındakı meşəlikdə baş verən yanğın daha böyük ərazinin əhatə edib. Güclü külək alovu daha da sürətləndirdiyindən yanğının söndürülməsi çətinləşib.

Məlumatda bildirilir ki, yanğının yayılmasının qarşısını almaq və söndürmək məqsədilə 189 yanğınsöndürən, 9 yerüstü komanda, 56 maşın, çoxsaylı könüllülər cəlb olunub. Bundan əlavə, 16 təyyarə və on helikopter kömək edir.

Yunanıstan yanğınsöndürmə briqadasının sözçüsü Vasilis Vathrakogiannis bildirib ki, əməliyyata yerli bələdiyyənin su tankerləri və tikinti maşınları da dəstək verir. Yanğınsöndürən gəmi göndərilib və Sahil Mühafizəsi qayıqları sahil xəttinə səfərbər edib. Yunanıstan polis qüvvələri sakinlərin təxliyəsinə kömək edir.

AMNA-nın məlumatına görə, Eviada yanğınla mübarizə aparan yanğınsöndürənlərdən biri xəsarət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
31
azertag.az

10Mənbələr