AZ

Yunanıstanda bu il ərzində 4 min meşə yanğını baş verib

Yunanıstanda 2024-cü ildə təxminən 4 min meşə yanğını baş verib ki, bunların çoxu paytaxt Attika bölgəsindədir.



NUHÇIXAN məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis avqustun 11-13-də Attikanın şimal-şərqində baş vermiş yanğından zərər çəkmiş ərazilərin bərpası üzrə tədbirlərin müzakirə edildiyi iclasda deyib.
Onun sözlərinə görə, yanğınlardan yalnız biri böyük olub, vətəndaşların və müəssisələrin çoxlu əmlakını məhv edib. Belə ki, 11 avqustda başlayan yanğın çox yüksək sürətlə hərəkət edib və insanlara ciddi ziyan vurub.
O, son dərəcə mürəkkəb və irimiqyaslı yanğının söndürülməsi zamanı hadisə yerində olan hər kəsə - bütün dövlət qulluqçularına, yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına və köməyə gələn misli görünməmiş sayda könüllülərə təşəkkür edib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
nuhcixan.az

10Mənbələr