AZ

Türkiyədə son sutka ərzində 47 meşə yanğını oldu

“Son 24 saat ərzində Türkiyədə 47 meşə yanğını qeydə alınıb, onlardan 30-u artıq nəzarətə götürülüb”.RegionXəbərləricom.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı jurnalistlərə məlumat verib.Onun sözlərinə görə, hazırda 17 yanğın söndürülür. “Mən indi yalnız böyük yanğınlardan danışıram. Bir sıra rayonlarda yanğınla mübarizə relyefə görə çətinləşir. Yanğının söndürülməsinə təyyarələr və helikopterlər, eləcə də yüzlərlə digər texnika cəlb olunub”, - deyə Yumaklı bildirib. turbo az mercedesNazir qeyd edib ki, ölkənin ayrı-ayrı vilayətlərində yanğınsöndürmə prosesi gecə-gündüz davam edir. Eyni zamanda bəzi yaşayış məntəqələrinin əhalisi təxliyə edilib.Nazir vətəndaşaları isti havda ayıq-sayıq olmağa çağırıb.Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi ölkədə meşə yanğınlarının söndürülməsi prosesinə dəstək üçün 4 helikopter ayrıldığını açıqlamışdı.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
21
regionxeberlericom.az

10Mənbələr