AZ

Yunanlar Olimpiadanın açılışını sivilizasiyanın süqutu adlandırdı - Transgenderlərin paradı...

Yunanıstanın pronews.gr portalı Parisdə Olimpiya Oyunlarının açılışını travestilərin Son Şam yeməyini təsvir etməsinə görə sivilizasiyanın dağılması adlandırıb.

Qaynarinfo xəbər verir ki, nəşr qeyd edib ki, mərasim transgenderlərin paradına çevilib.

"Bu, Qərb sivilizasiyasının tamamilə dağıldığını açıq şəkildə nümayiş etdirir. Olimpizm və onun ideallarının qeyd edilməsini transgenderlərin paradına çevirmək yolverilməzdir", deyə məqalədə qeyd edilib.


Qeyd edək ki, bundan əvvəl amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində (keçmiş Twitter) Olimpiya Oyunlarının açılış mərasimini transvestitlərin Son Şam yeməyini təsvir etməsinə görə tənqid edib.

"Bu, xristianlara qarşı açıq hörmətsizlik idi", deyə Mask yazıb.

Olimpiada tarixində ilk dəfə mərasim stadionda deyil, şəhərin görməli yerləri fonunda baş tutub - idmançılar Sena boyunca Austerlitz körpüsündən Yena körpüsünə qədər 180 qayıqla üzüblər. Parisdə Oyunların açılışından əvvəl Olimpiya məşəlini repçi Snoop Dogg aparıb və qatil paltarı geyinmiş məşəlçi Olimpiya məşəli ilə şəhərin damları ilə qaçıb.

Alpər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
29
qaynarinfo.az

10Mənbələr