AZ

Xarici siyasətFransada olimpiadanın açılışında Azərbaycan iştirakçılarının keçidi zamanı səsləndirilən fikirlər qınanmalıdır - RƏY

Fransa telekanalında Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı mərasimində Azərbaycan və Ermənistan iştirakçılarının keçidi zamanı səsləndirilən ifadəni qınayırıq.

Bunu "Far.Az"a açıqlamasında “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin sədri Atanur Cəfərli deyib.

Onun sözlərinə görə, idman siyasətdən uzaq olduğu üçün Fransa bu kimi hallara yol verməməlidir:

"Əslində, Fransa ev sahibi olaraq əgər bu idman yarışlarını keçirirsə, belə siyasi məsələlərə qarışmamalıdır. İdman siyasətdən uzaqdır. Çox təəssüf ki, həm Ermənistan, həm də Azərbaycan idmançıları keçərkən Fransa kanalı yersiz bir şərh bildirib. Biz bunu qınayırıq".

A.Cəfərli vurğulayıb ki, Azərbaycan da bu günədək müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edib, lakin belə hallar qeydə alınmayıb:

"Ölkəmiz də bundan öncə müxtəlif və böyük beynəlxalq yarışlara ev sahibliyi edib. Amma biz heç vaxt öz ölkəmizdə olan yarışlarda hər hansısa bir ölkənin nümayəndə heyəti ilə bağlı belə bir fikirlər səsləndirməmişik. Ümid edirik ki, bu olimpiada ərəfəsində sözügedən hallar davam etməyəcək”.

Qeyd edək ki, Olimpiya Oyunlarının açılış mərasimini yayımlayan Fransanın "Fr2" telekanalının efirində aparıcı Ermənistan oyunçuları keçərkən “Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu” kimi ifadə işlədib, Azərbaycan komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
29
far.az

10Mənbələr