AZ

Xristianlar üsyan etdilər - Olimpiyadadakı bu görüntülər məhkəməyə göndərildi

Fransız hüquqşünas Fabris di Vizio Olimpiya Oyunlarının açılış mərasimində Xristianlığın təhqir olunduğu səbəblə səhnə şousunu məhkəməyə verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, açılış mərasimi keçirilən zaman toyda olduğunu deyən Di Vizio insanların mərasimlə bağlı dəhşətə gəldiyi görüntüləri göndərərək ondan kömək istədiklərini bildirib.

Di Vizio toyda bir kənarda dayanarkən izlədiyi mərasimin görüntülərindən heyrətləndiyini qeyd edərək \"Belə bir əxlaqsızlığa düşəcəyimizi düşünməzdim. Bu, cəhənnəm görüntüsü idi\" - deyib.
  
Fransalı vəkil bildirib ki, o, həmçinin BMT-nin İnsan Haqları Komitəsinə müraciət edərək din zəminində istehza və ayrı-seçkiliyə qarşı zəmanətin verilməsinin vaxtının gəlib çatmadığını soruşacaq.
 
Açılış mərasimində baş verənlərlə bağlı bu həftə Səs və Rəqəmsal Rabitə Tənzimləmə Qurumuna (Arcom) müraciət edəcəyini açıqlayan Di Vizio milyardlarla insanın inancını ələ salan bu şou haqqında Arcomun nə deyəcəyini maraqlandırdığını söyləyib.

Di Vizio mərasimdə baş verənlərə görə dövlətin məsuliyyət daşıdığını və bütün dünyada xristianların məruz qaldığı mənəvi zərəri nəzərə alaraq inzibati məhkəmə hakiminin bu məsələ ilə bağlı nə deyəcəyi ilə maraqlandığını, özü də məhkəməyə verəcəyini bildirib. 
 
Xatırladaq ki, Parisdə keçirilən 2024 Olimpiya Oyunları çərçivəsində iyulun 26-da Sena çayı üzərində keçirilən açılış mərasimində 6 min 800 idmançı 85 qayıqla 6 kilometrlik marşrutda parad keçirib.

Mərasimdə nümayiş olunan tamaşalar arasında LGBT təbliğatı və Leonardo da Vinçinin İsa Peyğəmbərin həvariləri ilə yediyi yeməkdən bəhs edən \"Son şam yeməyi” adlı tablosu \"drag queen” şousu (qadın paltarı geyinmiş və makiyajlı kişi) tənqid hədəfinə çevrilib.

Fransız Katolik Kilsəsi də mərasimdə nümayiş olunan qeyri-etik səhnələri tənqid edib.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
48
azxeber.com

10Mənbələr