AZ

İrəvan açıqladı: Türkiyədə keçiriləcək “3+3” formatındakı görüşdə iştirak edəcək?

İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatındakı görüşündə iştirakla bağlı hələlik qərar verməyib.

Publika.az xəbər verir ki, bu qənaətə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Ermənistan”ın yazılı sorğusuna verdiyi cavabda deyilir.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.

“3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan XİN-dən bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
15
publika.az

10Mənbələr