AZ

Ermənistan XİN-dən “3+3” formatında görüşlə bağlı BƏYANAT

Ermənistan hökuməti region ölkələrinin xarici işlər nazirlərinin “3+3” formatında Türkiyədə keçiriləcək görüşündə iştirakla bağlı hələlik qərar verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyinə dair məlumat yaymışdı.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
8
bizim.media

10Mənbələr