AZ

Rəsmi İrəvandan 3+3 açıqlaması 

İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatında görüşündə iştirakla bağlı hələ qərar verməyib.

Referans.az erməni mediasına istinadən bildirir ki, bu qənaətə Ermənistan Xarici İşlər Nazirliyinin yerli mətbuatın yazılı sorğusuna verdiyi cavab əsasında gəlmək olar.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.

“Əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib.

Musavat.com  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
15
referans.az

10Mənbələr